Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) zərbələr endirmək üçün istifadə edilən iki ballistik raket buraxılış qurğusu F-15 qırıcı bombardmançılar tərəfindən məhv edilib.
Hava zərbəsi nəticəsində 23 nəfərin həlak olduğu, 5 nəfərin isə yaralandığı bildirilir.