Avropa İttifaqı (Aİ) Moskvanı bir il əvvəl şərti azadlığa buraxılma qaydalarını pozduğuna görə həbs edilən müxalifət lideri Aleksey Navalnını dərhal azad etməyə çağırıb.
"Unikal" xəbər verir ki, Brüssel işlərin siyasi motivlərlə şərtləndiyini hesab edir.
"Biz Rusiya hakimiyyətini Navalnını dərhal və qeyd-şərtsiz, daha gecikmədən azad etməyə çağırışımızı təkrarlayırıq", - Aİ-nin xarici işlər naziri Cozef Borrell bildirib.
Borrell Rusiya dövlət mediasında Navalnıya qarşı dezinformasiya kampaniyasını, eləcə də ona bağlı təşkilatların təqibini pisləyib.
Qeyd edək ki, Aleksey Navalnı ötən il yanvarın 17-də Almaniyadan Moskvaya qayıdanda Şeremetyevo hava limanında həbs edilmiş və daha sonra 3 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Ağarza Elçinoğlu