Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 7 521 yoluxma halı qeydə alınıb, 31 nəfər ölüb.
"Unikal"ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 006 864, ölənlərin sayı isə 14 512 nəfərə çatıb. Virusa yoluxanlardan 934 667 nəfərin sağaldığı bildirilib.