Xəbər verdiyimiz kimi, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko ölkəsinə qayıdıb.
"Unikal" xəbər verir ki, “dövlətə xəyanət” və “terrorçulara yardım etmək” maddələri ilə ittiham olunan Poroşenkonun Peçerski Rayon Məhkəməsində işinə baxılıb.
Belə ki, Kiyevə qayıdan kimi hakim qarşısına çıxarılan keçmiş prezident dinləmə zamanı yuxuya gedib. Həmin anlar anbaan kameralara əks olunub.
Digər tərəfdən, Pyotr Poroşenkonun məhkəməsi davam edərkən, prokurorluğun Poroşenko üçün 35 milyon dollar girov tələb etdiyi bildirilib.Peçerska Məhkəməsi Poroşenkonun Donbas bölgəsində separatçılarla əlaqəsi olduğunu və onlara maliyyə dəstəyi verdiyini əsas gətirərək həbs qərarı istəyib.
Ukrayna Dövlət İstintaq Bürosu isə Poroşenkonun barəsində həbs qərarı hazırlandığını öyrəndiyini və bunun üçün xaricə qaçdığını iddia edib.
Gülayə Mecid