Türkiyə təhlükəsizlik qüvvələri Bingöl vilayətində terrorçulara qarşı “Ərən Qış-16” əməliyyatına başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyata təhlükəsizlik qüvvələri əməkdaşlarından ibarət 960 şəxsi heyət cəlb olunub.