ABŞ-ın dövlət katibi Entoni Blinken yanvarın 19-da Ukraynaya səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
Qeyd olunub ki, danışıqların dəqiq gündəliyi hələlik məlum deyil, lakin Ukraynanın təhlükəsizliyi, ölkəyə əlavə yardım və silahların verilməsi, həmçinin Rusiya Federasiyasına qarşı mümkün sanksiyaların müzakirəsi gözlənilir.