Ermənistanda son sutkada daha 563 nəfərdə COVID-19 aşkarlanıb.
"Unikal" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 348 708-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 8 025-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 516 nəfərdir. İndiyədək 333 754 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 5 412 aktiv koronavirus xəstəsi var.