İngiltərə Baş naziri Boris Conson koronavirus pandemiyasının ən yüksək risk altında olduğu dövrdə iqamətgahında təşkil etdiyi ziyafətə görə tənqidlərə məruz qalıb.
"Unikal" xəbər verir ki, həm ictimaiyyətin, həm də siyasətçilərin sərt reaksiya verdiyi hadisə ilə bağlı araşdırmalar davam edərkən, müxalif siyasətçilər parlamentdə Consona "İstefa verəcəksinizmi?" sualını ünvanlayıb.
Hadisə ilə bağlı istintaqın tamamlanmalı olduğunu deyən Conson "Xeyr" cavabını verib.
Daha sonra Conson, “Hər birinizdən səmimi qəlbdən üzr istəyirəm. O, ziyafət təşkil olumamamlı idi", - deyə ifadə edib.