Ukraynada məhkəmə dövlətə xəyanətdə təqsirli bilinən keçmiş prezident Pyotr Poroşenkonun həbsi ilə bağlı vəsatəti rədd edib.
"Unikal" xəbər verir ki, məhkəmə hakimi Oleksiy Sokolovun qərarına görə, Poroşenkonun saxlanmasına ehtiyac yoxdur, lakin o, sorğu əsasında ifadə verməlidir.
Bildirək ki, 2014-2019-cu illər arasında Ukrayna prezidenti vəzifəsini icra edən və korrupsiya iddialarından sonra seçkilərdə məğlub olan Poroşenko bazar ertəsi səhər Varşavadan məhkəməyə gəlmək üçün qayıdıb və hava limanında minlərlə tərəfdarı tərəfindən qarşılanıb.
Ukraynanın ən zəngin iş adamlarından biri olan Poroşenko ölkənin şərqindəki Donbas bölgəsində Ukrayna qüvvələrinə qarşı döyüşən rusiyapərəst separatçılardan kömür almaqda vətənə xəyanətdə ittiham olunur.
İşin siyasi motivli olduğunu iddia edən Poroşenko günahı sübuta yetirilərsə, onu 15 ilə qədər həbs cəzası gözləyir.
Rusiyanın Ukrayna sərhəddinə qoşun yığması və ölkəni işğal etməyi planlaşdırması iddiası son vaxtlar bölgədə gərginliyi də artırıb.
Poroşenko ölkəni Rusiya işğalından qorumaq üçün öz təcrübələrini və məsləhətlərini hökumətlə bölüşməyə hazır olduğunu bəyan edib.
Gülayə Mecid