Ermənistan Azərbaycanla sərhəddə deeskalasiya tədbirləri paketini Bakı və Moskvaya təhvil verib.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təsdiqləyib.
"Bəli, Ermənistan tərəfi sərhəd zonasında vəziyyətin deeskalasiyası, gərginliyin azaldılması, təhlükəsizlik və sabitlik səviyyəsinin artırılması üçün tədbirlər paketi hazırlayıb. Hazırlanmış paketi həm Rusiya tərəfinə, həm də Rusiya tərəfi vasitəsilə Azərbaycana təhvil verdik. Biz cavab gözləyirik”, - Mirzoyan parlamentdə bildirib.
Ağarza Elçinoğlu