Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 176 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 72 615 nəfər COVID-19 infeksiyasına yoluxub, 84 426 nəfər isə sağalıb.