Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 330 milyonu, ölənlərin sayı isə 5,55 milyonu keçib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Pandemiya başlayandan bugünədək 332 617 707 nəfər koronavirusa yoluxub, 5 551 314 nəfər isə infeksiyadan dünyasını dəyişib.

Gün ərzində yoluxanların sayı 3 156 986 nəfər, ölənlərin sayı 6 889 nəfər artıb.

Koronavirus pandemiyasının bütün müddəti üzrə rekord bu ilin yanvarın 12-də qeydə alınıb, sutka ərzində 3 519 158 yoluxma halı aşkar edilib.

Ən çox yoluxma halları ABŞ (66 254 888), Hindistan (37 901 241) və Braziliyadadır (23 074 791).