Ukrayna prezident Vladimir Zelenski ölkə vətəndaşlarına müraciət edib.
"Unikal" xəbər verir ki, o, əhalini Rusiya təhlükəsi ilə bağlı yayılan xəbərlərə görə təşvişə düşməməyə çağırıb.
“Müharibə artıq səkkizinci ildir ki davam edir. İndi panikaya düşmək, vəziyyəti gərginləşdirmək, qarabaşaq və kibrit alıb yığmaq vaxtı deyil”, - deyə dövlət başçısı bildirib.
Videoçarx Ukrayna prezidentinin rəsmi saytında dərc olunub.
Dövlət başçısı bildirib ki, ölkə müharibə istəmir, lakin müdafiəyə hazırdır.
Zelenskinin sözlərinə görə, Rusiya təhlükəsi barədə xəbərlər ölkədəki investorlara və biznesə “hücum” məqsədilə yayılır.