Avropa Komissiyası Polşanı 70 milyon avro cərimə etmək barədə qərar verib.
"Unikal" xəbər verir ki, buna səbəb Ali Məhkəmənin intizam palatasının ləğv edilməməsidir. Palata hakimlərin müstəqilliyinə mane olan qurum kimi xarakterizə olunur.
Oktyabrda Avropa Ədalət Məhkəməsi intizam palatasının ləğvinə dair qərar çıxarıb. Qərarda göstərilir ki, palata ləğv edilmədiyi təqdirdə rəsmi Varşava noyabrın 3-dən başlayaraq hər gün üçün 1 milyon avro cərimə ödəyəcək. 10 yanvarda qeyd edilən vaxtdan artıq 70 gün keçib.
Yaxın 60 gün ərzində cərimə ödənilmədiyi təqdirdə bu vəsait Avropa Komissiyasının Polşaya ayırdığı büdcədən tutulacaq.