Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 166 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı cədvəldə göstərilib ki, COVID-19 infeksiyası ilə əlaqədar 414 min 312 nəfər test olunub. Onlardan 71 min 843 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 85 min 948 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.