Gürcüstanda ötən sutkada daha 8 767 nəfərə koronavirus diaqnozu qoyulub, 49 pasiyent vəfat edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 030 710-a, ölənlərin sayı isə 14 631-ə çatıb.
Son 24 saat ərzində 5 173, ümumilikdə isə 951 428 nəfər müalicə olunaraq sağalıb.