Rusiyanın "Rosatom" şirkəti və Ermənistan nüvə enerji bloklarının tikintisi üzrə əməkdaşlıq memorandumu imzalayıb.

"Unikal" TASS-yə istinadən xəbər verir ki, sənəddə AES-nin Ermənistan ərazisində tikilməsi nəzərdə tutulub.  

Qeyd edək ki, sözügedən memorandum Dubayda Rusiyanın kiçik tutumlu atom elektrik stansiyalarının texnologiyalarının təqdim olunduğu "Expo-2020" sərgisində imzalanıb.

Ağarza Elçinoğlu