"Qazaxıstanda baş verən iğtişaşların kökündə varlılarla kasıbların gəlirləri arasındakı uçurum dayanır".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.
Onun sözlərinə görə, baş verənlər illərdir yığılıb qalmış problemləri üzə çıxarıb.
“Varlı ilə kasıb arasındakı uçurum qəbuledilməz həddə çatıb. Sizə yaxşı bəlli olan korrupsiya fonunda gəlirlərdəki bu təbəqələşmə terrorçuların və onların arxasında duran sui-qəsdçilərin istifadə etdikləri barıt çəlləyində yandırılmış kibrit rolunu oynadı”, - Tokayev bildirib.