Səudiyyə Ərəbistanının Bədr səhrasına qar yağıb.
"Unikal" xəbər verir ki, bu ayın əvvəlində səudiyyəli fotoqraf Usamə Əl-Həbri Mədinənin cənub-qərbindəki Bədr mənzərəsini çəkib. Qarla örtülmüş səhranın fotoları sosial şəbəkədə gündəm olub.
Əl-Həbri CNN-ə açıqlamasında bildirib ki, Bədr səhrası bölgəsində belə sərt qış havası illərdir baş verməyən nadir hadisədir. O, bunu “tarixi dolu fırtınası” kimi qiymətləndirib.