ABŞ prezidenti Co Baydenin mətbuat konfransında gərgin anlar yaşanıb.
"Unikal" xəbər verir ki, Ukrayna-Rusiya arasındakı gərginliyi müzakirə edən Bayden jurnalistin sualına qəzəblənib.
Belə ki, jurnalistin “Niyə Putinin ilk addımı atacağını gözləyirsiniz?" sualına, Bayden “Bu, nə axmaq sualdır...” ,- deyə cavab verib. Həmin anlar kameralara düşüb. Daha sonra Amerika lideri gülümsəyib.
Baydenin jurnalistin sualına cavab verə bilməməsi və bu cürə hərəkət etməsi mediada gündəm olub.
Gülayə Mecid