Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toibo Klerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Unikal" xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin aradan qaldırılması və sabitliyin təmin edilməsi istiqamətində atılan addımlar, eləcə də 44 günlük müharibədən sonra Cənubi Qafqazda vəziyyət müzakirə olunub. Söhbət zamanı Rusiya prezidentinin Soçidə keçirdiyi görüşlərin, habelə Avropa İttifaqı Şurasının sədri və Fransa prezidentinin vasitəçiliyi ilə Brüsseldə Paşinyan-Əliyev görüşlərinin nəticələri və əldə olunmuş razılaşmaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
“ATƏT-in Minsk Qrupunun himayəsi altında sülh prosesinin tam şəkildə həyata keçirilməsinin və onun himayəsi altında həmsədrlərin fəaliyyətinin intensivləşdirilməsinin zəruriliyi vurğulanıb”, - hökumətin bəyanatında deyilir.
Ağarza Elçinoğlu