Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Strateji Məşvərət Ekspertlər Qrupu “Pfizer” dərmanının məhdud dozası ilə 5-11 yaşında uşaqların koronavirusa qarşı peyvəndlənməsini tövsiyə edib.
"Unikal" xəbər verir ki, bu barədə qurumun bu gün keçirilən iclasından sonra qəbul edilmiş açıqlamasında bildirilir.
Belə ki, göstərilən yaş qrupu uşaqlar üçün 10 mq-lıq doza istifadə olunacaq ki, bu da 12 yaşdan yuxarı uşaqlara vurulan dozadan üç dəfə azdır.
Bundan əlavə yaşlı, səhiyyə işçisi və digər risk qruplarından olan şəxslərin adi peyvənd keçdikdən 4-6 ay sonra buster doza qəbul etməsi də tövsiyə olunub.