Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 681 nəfər artaraq 325 433-ə yüksəlib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, son bir gündə daha 57 212 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 11 044 986 nəfərə çatıb.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 10 000 577 nəfər sağalıb.