İranda ötən sutka ərzində 3 503 nəfər koronavirusa (COVID-19) yoluxub, 30 nəfər ölüb.
"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 132 202 nəfərə, yoluxanların sayı isə 6 245 346 nəfərə çatıb. Virus daşıyıcılarından 1 216 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək 6 078 024 nəfər koronavirusdan sağalıb, 43,9 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 128 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53,5 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 14,2 milyon təşkil edir.