Koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranın mənfi təsirləri aradan qaldırmaq və ya yumşaltmaq Ermənistanın dövlət borcunun sürətlə artmasına səbəb olub.
"Unikal" xəbər verir ki, Ermənistan iqtisadiyyatının 2020-ci ildə 7,4 % tənəzzülünün qeydə alındığı nəzərə alınaraq, hökumətin yeni kredit götürməli olacağı gözlənilirdi.
Vaxtilə dövlət borcundan şikayətlənən hazırkı hökumət 2021-ci ildə ölkənin borcunu 1,25 milyard ABŞ dolları və ya 16,1 % artırıb. Dövlət borcunun ən yüksək artım tempi qlobal böhran ilində - 2009-cu ildə qeydə alınıb, o zaman dövlət borcu bir il ərzində 1,46 milyard ABŞ dolları artıb.
Qeyd edilib ki, 2021-ci ildə Ermənistanın dövlət borcu daxili borcun artımı hesabına artıb, xüsusən də xarici borc 585,5 milyon ABŞ dolları və ya 10,4 %, daxili borc isə 674 milyon dollar və ya 35,3 % artıb.
Dövlət borcunun uzun müddət səmərəsiz idarə edilməsi nəticəsində Ermənistanın adambaşına düşən borcu 3 112 ABŞ dolları təşkil edirdi, təkcə 2021-ci ildə adambaşına düşən dövlət borcu 420,4 ABŞ dolları artıb.