Qara dənizdə Komor adaları bayrağı altında üzən tankerdə yanğın baş verib, ruslardan ibarət ekipaj təxliyə edilib.
"Unikal" RİA Novostiyə istinadən xəbər verir ki, Qara dənizdə Böyük Britaniyaya məxsus olan, Komor adaları bayrağı altında üzən "Almuntazah" tankeri "Dəmir Buynuz" burnundan beş kilometr aralıda gecə saatlarında yanıb.
Tankerdə 700 tondan çox mazut olub. İlkin məlumata görə, heç bir itki yoxdur, yeddi rus Moldova bayrağı altında üzən Britaniyanın yedək gəmisinə təxliyə edilib.
İlkin yoxlama zamanı yüngül tüstülənmə müşahidə olunub.
Söndürmə işlərinə 27 nəfər və 3 texnika cəlb olunub.