Ermənistanda son sutkada daha 814 nəfərdə COVID-19 aşkarlanıb.

"Unikal" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 351 711-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 8 028 nəfərdir.