Gürcüstanda ötən sutka ərzində koronavirus infeksiyasına 9 696 yeni yoluxma faktı təsdiqlənib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 5 408 nəfər müalicə olunaraq sağalıb, 28 COVID-19 xəstəsi isə vəfat edib.
Pandemiya başlayandan indiyədək qonşu ölkədə COVID-19-a 1 051 445 nəfər yoluxub. Onların 962 035-i sağalıb, 14 701-i isə dünyasını dəyişib.