Türkiyənin İstanbul şəhərində, Şimali Mərmərə şosesində sərnişin avtobusu dərəyə yuvarlanıb.

"Unikal" xarici KİV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, yaralananlar var.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürənlər cəlb edilib.