Ukrayna hərbçiləri Donbassda özünü respublika elan etmiş qondarma “Luqansk xalq respublikası”nın separatçısını ələ keçiriblər.
"Unikal" xəbər verir ki, bu barədə Luqanskdakı separatçıların milis rəhbəri İvan Filiponenko deyib.
“Yanvarın 22-də Svetlodarsk rayonunda patrul xidməti həyata keçirən Ukrayna hərbçiləri bir döyüşçümüzü əsir götürüblər”, - məlumata bildirilib.
Qeyd edək ki, qondarma qurum hazırda beynəlxalq qurumlardan əsir götürülmüş diversantın geri qaytarılmasına kömək edilməsini istəyiblər.