İranda ötən sutka ərzində 28 nəfər koronavirusdan (COVID-19) ölüb.
"Unikal" xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə sözügedən virusdan ölənlərin sayı 132 230 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 5 145 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 625 0490 nəfərə çatıb.