Qazaxıstanda seysmik stansiyalar şəbəkəsi bu gün ölkənin cənub-şərqində Almatı yaxınlığında 3,1 bal gücündə zəlzələ qeydə alıb.
"Unikal" xəbər verir ki, bu barədə Respublikanın seysmoloji eksperimental metodiki ekspedisiyasından məlumat verilib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:01-də qeydə alınıb. Zəlzələnin episentri Qazaxıstanın Almatı şəhərindən 9,9 km cənubda yerləşib və 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.