Roma Papası Fransisk Müqəddəs Pyotr meydanında dindarlar qarşısında ənənəvi bazar xütbəsi zamanı Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Sülh üçün dua günü keçirilməsini təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə "TASS" xəbər agentliyi məlumat yayıb.
“Mən Ukraynada sülhə yeni zərbə vurmaq təhlükəsi yaradan və Avropa qitəsinin təhlükəsizliyini şübhə altına alan gərginliyin artmasını böyük narahatlıqla izləyirəm. Vəziyyəti nəzərə alaraq, yanvarın 26-da Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Sülh üçün dua günü keçirilməsini təklif edirəm”, - Fransisk bildirib.