BƏƏ-də həvəskarlara dron uçurmaq qadağan edilib.
"Unikal" xəbər verir ki, bu qərar Yəmənin şimalında hökmranlıq edən üsyançı “Ənsar Allah” (husilər) hərəkatının bu yaxınlarda dronlar vasitəsilə Əbu-Dabiyə hücumundan sonra verilib.
Qeyd edək ki, sözügedən insident nəticəsində üç nəfər ölüb, altı nəfərsə yaralanıb.
Husilər hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Onlar basqını BƏƏ-nin Yəməndə onlara qarşı hərbi əməliyyatlarda iştirakına cavab adlandırıblar.