Kamerunun paytaxtı Yaunde şəhərində gecə klubunda yanğın baş verib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Rabitə Nazirliyinin kommünikesində deyilir.
"İlkin məlumatlara görə, yanğın nəticəsində 16 nəfər həlak olub. Bundan əlavə, 8 nəfər ciddi xəsarətlər alıb", - deyə kommünikedə bildirilir.
"Cameroon Tribune" xəbər portalı öz növbəsində yanğının klubun zirzəmisində başladığını yazır.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Kamerunda Afrika Millətlər Kubokunun oyunları keçirilir.