Belçikanın paytaxtı Brüsseldə sanitar məhdudiyyətlərə qarşı nümayişdən sonra baş verən iğtişaşlarda ən azı 15 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə Brüssel-İxelles şəhərinin mərkəzi zonasının polis idarəsi məlumat yayıb.
"Ən azı 12 etirazçı və 3 polis yaralanıb", - məlumatda deyilir.
Polisin hesablamalarına görə, Avropada sanitar məhdudiyyətlərə qarşı nümayişdə 50 min nəfərə qədər insan iştirak edib. Brüsselin Avropa Məhəlləsində keçirilən nümayişdən sonra polislə toqquşmalar və 1 000 nəfərə qədər adamın iştirak etdiyi talanlar olub. Polis təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib, onlarla nümayişçi saxlanılıb.