Gürcüstanda son sutkada daha 7 947 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 31 pasiyent vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 059 392-yə, ölənlərin sayı isə 14 732-yə yüksəlib.
Müalicə olunaraq sağalanların sayı isə 5 550 nəfər artaraq 967 585 olub.