Burkina-Fasoda hərbçilər ölkə idarəçiliyini üzərlərinə götürdüklərini elan ediblər.

"Unikal" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə hərbçilər açıqlama yayıblar.

Onlar keçid hökuməti yaradacaqlarını bildiriblər. Hərbi rəhbərlik Burkina-Fasonun beynəlxalq öhdəliklərinə sadiq qalacaqlarını açıqlayıb.

Qeyd edək ki, yanvarın 24-də Burkina-Fasoda hərbi çevriliş olub. Onlar ölkə Prezidenti Rok Mark Kristian Kaboreni saxlayıblar.

***12:04

Burkina-Fasonın Prezidenti  Roç Kristian Kaborenin bir qrup hərbçi tərəfindən saxlanıldığı bildirilib.

"Unikal" xəbər  verir ki,  bu  barədə "Anadolu Agentliyi"  məlumat yayıb. 

Bildirilir ki,  prezidet  iqamətgahı tərəfdə  atışma səsləri eşidilib. Əraziyə çox sayda  hərbi qüvvə toplanılıb.

Gülayə Mecid