ABŞ Dövlət Departamenti ABŞ-ın Kiyevdəki səfirliyinin əməkdaşlarının ailələrinə Ukraynanı tərk etməyə icazə verib.
"Unikal" xəbər verir ki, Dövlət Departamentinin fikrincə, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlaya biləcəyi təhlükəsi olduğu üçün bu ölkədəki bütün ABŞ vətəndaşları getməlidir.
ABŞ Dövlət Departamenti də həyati əhəmiyyət kəsb etməyən funksiyaları yerinə yetirənləri geri çağıraraq, Kiyevdəki səfirliyinin işçilərinin sayını azaltmaq qərarına gəlib.
Eyni zamanda Vaşinqton vurğulayıb ki, ABŞ səfirliyi bu kritik zamanda Ukraynaya dəstək üçün fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Ukrayna XİN bunu vaxtından əvvəl verilmiş bəyanat kimi qiymətləndirib.
Ağarza Elçinoğlu