"Cənub sərhədlərində vəziyyət getdikcə daha da mürəkkəbləşir".
"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
Dövlət başçısının sözlərinə görə, Belarus sərhədlərinə yaxın Polşa və Baltikyanı ölkələrdə 30 mindən çox hərbçi, texnika və silah cəmləşib. O, həmçinin bəyan edib ki, Ukrayna Milli Qvardiyası bölmələrini “radikal millətçilərdən” cəmləşdirərək Belarus sərhədləri yaxınlığında qüvvələr qurur.
Prezident onu da qeyd edib ki, o, Belarusun işğal edilməsinə heç vaxt imkan verməyəcək:
"Mən heç vaxt rəqiblərimlə mübahisə etmək səviyyəsinə enməmişəm, amma bu gün “Belarus işğal edilib” ifadəsini oxuyandan sonra təəccübləndim. Baş komandan olaraq mən fikir verməmişəm. Bəlkə “Belarusun işğalı” xəbərini sən mənə verməyibsən?”,- Aleksandr Lukaşenko komitə sədri Anatoli Lappodan istehza ilə soruşub.
Ağarza Elçinoğlu