Serbiyanın qərbindəki Sremsk-Mitrovisa şəhəri yaxınlığında yerləşən gübrə fabrikində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
"Unikal" xarici KİV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində kimyəvi maddələrin ətraf mühitə sızmasının qarşısı alınıb.
Fabrik nümayəndəsi partlayışın səbəbi barədə məlumata verməkdən imtina edib. Bildirib ki, rəsmi istintaqın cavabını gözləyəcəklər.
Sremsk-Mitrovisa Polis İdarəsi hadisənin səbəbini araşdırır.