ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanmasının gəmiləri Aralıq dənizində NATO-ya üzv digər dövlətlərin hərbi gəmiləri ilə birlikdə hərbi təlimlərə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.
“Neptun Strike 2022” təlimləri çərçivəsində gəmilər Aralıq dənizində patrul xidməti həyata keçirib.
Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi bildirmişdi ki, manevrlər hələ 2020-ci ildə, Rusiya qoşunlarının Ukrayna sərhədlərinə köçürülməsi nəzərə alınmadan planlaşdırılıb.