Almaniyanın cənub-qərbində yerləşən Heydelberq universitetində atışma olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, silahlı şəxs auditoriyaya daxil olaraq atəş açıb. Nəticədə dörd nəfər yaralanıb. Almaniya polisi yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu açıqlayıb. Hadisəni törədən şəxs daha sonra intihar edib.
DPA agentliyinin xəbərinə görə, hadisəni törədən şəxs universitetin tələbəsidir. O, heç bir siyasi və dini tələb irəli sürməyib.