Maskalı şəxslər polis idarəsinin keçmiş ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sayat Şirinyanı naməlum istiqamətə aparıblar və onun vəkil Benik Qalstyan xeyli müddət ərzində polkovniki tapa bilməyib.
"Unikal" xəbər verir ki, S. Şirinyanın sorağı Göyçə mahalından gəlib. Vəkili onun hansı məqsədlə ora aparıldığını bilmədiyini deyib.
Qeyd edək ki, Sayat Şirinyan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın lideri olduğu “Ermənistan” blokunun üzvüdür. 2020-ci ilin dekabrında məhkəmə “Facebook” səhifəsində zorakılığa təşviq etdiyinə görə saxlanılan Şirinyanı həbsdən azad edib. O, tanışlarından birinə yazdığı məktubda müxalifət hərəkatının lideri olsaydı, konkret addımlar atacağını yazıb.