“Rəsmi Tehran nüvə sazişi üzrə yaxşı razılaşma əldə etmək üçün lazım gələrsə, birbaşa Vaşinqtonla danışıqlar apara bilər”.
"Unikal" xəbər verir ki, bunu Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib. Diplomat vurğulayıb ki, hazırda ABŞ-la birbaşa danışıqların olması barədə məlumat reallığa uyğun gəlmir:
“Amerika tərəfi müxtəlif yollarla Tehrana İranla birbaşa danışıqlar aparmaq istədiyini bildirib. İndi biz 4+1 qrupu (Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya) ilə danışıqlar aparırıq”.