Orta Asiyanın bütün energetika sistemi çöküb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Özbəkistan, Qazaxıstan, Qırğızıstanın əksər regionlarında elektrik enerjisinin verilişi dayandırılıb.
Qırğızıstanın paytaxtı Bişkek şəhərində elektrikin olmaması səbəbindən içməli su kəsilib.
Özbəkistanın da əksər regionlarında içməli suyun verilməsində problemlər yaranıb. Paytaxt Daşkənddə metronun fəaliyyəti dayanıb.
Elektrik sistemində açılmalara səbəbin Qazaxıstandakı tranzit xəttinin həddən artıq yüklənməsi göstərilir.