Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Berik İmaşevi MSK sədri vəzifəsindən azad edib
"Unikal" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə yanvarın 25-də prezidentin saytında məlumat verilib.
Qeyd olunub ki, onun yerinə senator Nurlan Abdirov MSK-nın rəhbəri təyin edilib.
Vəzifədən azad edilən İmaşev isə Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qohumudur.
Onu da deyək ki, bundan əvvəl Nazarbayevin kürəkənləri vəzifələrindən istefa verib.
Ağarza Elçinoğlu