“Biz Ukraynaya hərbi yardım göndərməkdə davam edirik ki, onlar özlərini qoruya bilsinlər. Biz artıq son bir neçə gündə üç yardım göndərmişik, daha çoxu gözlənilir”.
“Unikal” xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi CNN telekanalında bildirib.
Onun sözlərinə görə, 8,5 min əsgərin Avropaya göndərilməsinin vaxtı hələ müəyyən edilməyib:
“Bu sualın cavabını bilmirik. Dünən sadəcə olaraq onları yüksək hazırlıq vəziyyətinə gətirdik ki, tezliklə müvafiq ərazilərə göndərilsinlər. Amma göndərmək əmri yox idi, fəaliyyətə keçid olmadı. Buna görə də bunun nə vaxt baş verəcəyini söyləmək çətindir. Çox şey Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərindən asılı olacaq".