Fransa prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışmağı planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Makron Almaniya kansleri Olaf Şolzla keçirdiyi brifinqdə deyib ki, cümə günü səhər prezident Putinlə telefonla əlaqə saxlayacaq.
Fransa prezidenti deyib ki, Putinlə söhbət zamanı bir sıra məsələləri müzakirə etmək və narahatlıq doğuran məsələlərə aydınlıq gətirmək niyyətindədir.
Qeyd edək ki, son günlər Avropada müharibə ehtimalı artıb. Qərb Rusiyanın Ukraynaya hücuma hazırlaşdığını düşünür.