Qazaxıstan hökuməti bütün ölkədə bu ilin əvvəlindən başlayan kütləvi etirazlar və iğtişaşlarla əlaqədar tətbiq edilən fövqəladə vəziyyət rejimini ləğv etmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, hökumətin məlumatına görə, bu gün Qazaxıstanın bütün bölgələrində antiterror əməliyyatı başa çatmış hesab olunur.
“Respublika Terrorla Mübarizə Baş Qərargahı yanvarın 26-da saat 00:00-dan etibarən Almatı şəhəri, Almatı vilayəti və Cəmbil vilayətində fövqəladə vəziyyət rejiminin “kritik qırmızı” terror təhlükəsi səviyyəsinin ləğv edilməsi və narıncı həddin təyin edilməsi barədə qərar qəbul edib", - səlahiyyətlilərin dərc etdiyi mesajda deyilir.
Qeyd edək ki, bu günə qədər Qazaxıstan hakimiyyəti iğtişaşlarda yerli və ya beynəlxalq terrorçuların iştirakı ilə bağlı etibarlı sübut təqdim etməyib.
Ağarza Elçinoğlu